Hakerlər 200 milyon dollara yaxın kriptovalyuta oğurladı

Hazırda oxunan: Hakerlər 200 milyon dollara yaxın kriptovalyuta oğurladı

86667

ABŞ-ın "Nomad" blokçeyn platforması haker hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, hakerlər platformada kriptovalyutada olan təxminən 200 milyon dollar məbləğində vəsaiti oğurlayıb.

Qeyd olunur ki, hücum baş verən zaman "Nomad" platformasında elə 200 milyon dollar məbləğində rəqəmsal valyuta olub.

Mütəxəssislər haker hücumunun səbəbini "Nomad" platformasının qısa müddət əvvəl yenilənməsi ilə əlaqələndiriblər.

Qeyd edək ki, iyun ayında "Harmony" blokçeyn platforması 100 milyon dollara yaxın kriptovalyutanın hakerlər tərəfindən oğurlandığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin