“Bu gün Rusiya üçün ən vacib məsələ sanksiyalardan canını qurtarmaqdır”x9d

Hazırda oxunan: “Bu gün Rusiya üçün ən vacib məsələ sanksiyalardan canını qurtarmaqdır”x9d

86559

Artıq bəlli bir müddətdir ki, Rusiya ilə Ukrayna arasındakı gərginlik davam etməkdədir. Rusiyanın Ukrayna torpaqlarının bir hissəsini hələ də işğal altında saxlaması tərəflər arasında yeni bir savaşın başlaması riskini artırır ki, bu da lokal toqquşmalarla yanaşı, həm də uzunmüddətli psixoloji gərginliklə müşahidə edilir.

Maraqlıdır, Rusiyanın Ukrayna ilə yeni bir savaşa başlamaq ehtimalı varmı? Kreml indiki şəraitdə belə bir müharibənin başlamasında maraqlıdırmı?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev Rusiyanın belə bir savaşda maraqlı olmadığını vurğuladı:

“Bu gün Rusiya üçün ən vacib məsələ işğal etdiyi əraziləri öz nəzarətində saxlamaq, Qərblə dil tapmaq, Minsk razılaşmasının tələblərini yerinə yetirməkdir. Rusiya Qərlə anlaşmaqla Ukrayna münaqişəsi səbəbi ilə ona qarşı tətbiq edilən sanksiyaları aradan qaldırmağa, bu sanksiyalardan canını qurtarmağa çalışır. Bu gün Rusiyanı ən çox narahat edən məsələ budur. Odur ki, Ukraynada Rusiyanın təşəbbüsü ilə yeni bir müharibənin başlayacağını düşünmürəm”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin