Oruc rəzaləti: Səudiyyə milyard yarım ödəyəcək

Hazırda oxunan: Oruc rəzaləti: Səudiyyə milyard yarım ödəyəcək

86507
Təssüf edirik:"Fitr bayramı cümə günü yox, sənbə günü olmalı idi."

 Ona görə ki, Səudiyyə Ərəbistanının Ciddə şəhəri Astronomiya İdarəsi şəvval ayının hilalının görünməsi və Ramazan bayramının 17 iyul (cümə günü) elan olunmasının bir xəta olduğunu bəyan edib. Bunu Səudiyyə Ərəbistanı İslami Fiqh Assambeleyasının üzvi Məhəmməd Əl-Nəcimi deyib.  

 Moderator.az  məlumat verir ki, cümə axşamı günü Astronomiya İdarəsi şəvval ayının hilalı yerinə Saturn planetini görüb. Ərəbistan xalqı bu ulduzun görünməsinə görə Ramazan ayının 30-cu gününü oruclarını yeyiblər.   Onun sözlərinə görə, bu səbəbdən Səudiyyə camaatının üzərinə düşən kəffarəni hökumət özü ödəyəcək. Ümumilikdə, bu xətaya görə 1 milyard 600 milyon Səudiyyə rialı dəyərində kəffarə ödəniləcək.   Bu, ilk dəfə deyil ki, Səudiyyə Ərəbistanı şəvval ayının hilalı ilə bağlı səhv edir. Bundan öncədə bir neçə dəfə belə hal baş verib. Tunisin müftisi də televiziyada canlı yayımda bildirib ki, cümə gününün bayram kimi elan olunması xəta üzərindən baş verib. O deyib ki, əslində cümə günü Ramazan ayının 30”“cu günü və şəvval ayının əvvəli şənbə günü olub. Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Tunis və bir neçə ərəb ölkəsi Fitr bayramını cümə günü qeyd ediblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin