İndoneziya gəncliyi Azərbaycan hökumətinə öz dəstəyini bildirdi - FOTO

Hazırda oxunan: İndoneziya gəncliyi Azərbaycan hökumətinə öz dəstəyini bildirdi - FOTO

86489

İndoneziya Gənclər Şurası və İƏT İndoneziya Gənclər Təşkilatının təşkilatçılığı, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) dəstəyi, eləcə də İndoneziya Respublikasının Xalq Məşvərətçi Assambleyası tərəfdaşlığı ilə 30-31 iyul tarixlərində İndoneziyanın qanunverici orqanının (Majelis Permusyawaratan Rakyat Republik Indonesia) binasında İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitənin (COMCEC) sessiyasını simulyasiya edən İƏT Modeli konfransı keçirilib.  

Bizim.Media xatırladlr ki, konfrans iki aya yaxın davam edən İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyasının yekunu olaraq baş tutub.

İndoneziyanın aparıcı universitetlərindən 50-dən çox tələbənin qatıldığı simulyasiya oyunları “İqtisadi Canlanma: Covid-19 pandemiyasının nəticələri” mövzusu üzrə ətrafında keçirilib.

2022-ci ilin noyabrında Bali adasında keçiriləcək və “Birgə bərpa, daha güclü bərpa” mövzusunun əsas olacağı “Böyük iyirmiliyin” növbəti sammitinə ev sahibliyi edəcək İndoneziyanın bir sıra aparıcı nazirlik və dövlət qurumlarının nümayəndələri İƏT Modeli simulyasiya oyunlarının açılış və bağlanış mərasimində iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən İƏGF-ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov təmsil etdiyi qurumun təşəbbüsü ilə artıq 2011-ci ildən bu yana həm milli, həm də beynəlxalq səviyyədə keçirilən İƏT Modeli tədbirlərinin əhəmiyyətindən danışaraq, bu proqramın İƏT məkanında gənclərin liderlik qabiliyyətinin güclənməsində oynadığı rolu xüsusi vurğulayıb, o cümlədən, müsəlman gənclər arasında birliyə, diplomatik bacarıqların artmasına yönələn bu kimi tədbirləri gələcəkdə də dəstəklənməsinin vacibliyini qeyd edib.

Açılış mərasimində o cümlədən, İndoneziya Xalq Məşvərət Assambleyasının spiker müavini Hidayət Nur Vahid, Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədr müavini Mərdani Əli Sera, İndoneziyanın Turizm və Kreativ İqtisadiyyat naziri Sandiaqa Səlahuddin Uno, İndoneziyanın Kooperativlər Kiçik və Orta Müəssisələr üzrə nazirinin baş müşaviri Rulli Nuryanto, İndoneziya Milli Polisinin nümayəndəsi Mayndra Eka Vardhana, İndoneziya İnsan İnkişafı və Mədəniyyət nazirliyində müavin köməkçisi doktor Katiman, İndoneziya Gənc 20-liyin həmsədri Budi Suqandi, İƏT Modeli layihəsinin layihə koordinatoru Ellena Panqestu Kavarera, İƏT İndoneziya Gənclər Təşkilatının sədri Astrid Nadya Rizqita, İndoneziya Gənclər Şurasının sədri və İƏGF-nin Avrasiya üzrə vitse-prezidenti Tantan Taufiq Lubis,  İndoneziya Xarici İşlər Nazirliyində Sosial Mədəniyyət və İnkişaf etməkdə olan Ölkələr üzrə Beynəlxalq Təşkilatın direktoru Penni Devi Herasati, İndoneziya İnsan İnkişafı və Mədəniyyət nazirliyinin əməkdaşı Maman Vicaya təbrik nitqləri ilə çıxış edərək təbdir iştirakçılarına uğurlar arzu ediblər. İƏT İndoneziya Gənclər Təşkilatının sədri Astrid Nadya Rizqita öz çıxışında İndoneziya dövlət rəsmilərinə, səfirlərə, eləcə də İƏGF-ARM-ə bu tədbirə göstərdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirib. 

İndoneziya İƏT Modeli-2022-nin bağlanış mərasimində çıxış edən İndoneziya Gənclər və İdman Nazirliyinin əməkdaşları Esa Sukmavicaya və professor Faisal Abdullah, İndoneziya Müdafiə Universitetində Texnologiya fakültəsinin dekanı Pujo Vidodo, İndoneziya Xarici İşlər Nazirliyində Sosial Mədəniyyət və İnkişaf etməkdə olan Ölkələr üzrə Beynəlxalq Təşkilatın koordinatoru Ari Aprianto, Pakistanın, Nigeriyanın və Mərakeşin İndoneziyadakı səfirləri Məhəmməd Həssən, Usman Ari Ogah və Ouadia Benabdellah, çıxış edərək tədbirin uğurla bitdiyinə öz ümidlərini ifadə ediblər, o cümlədən, bu proqramın bütün İƏT məkanını əhatə etməsinin vacibliyini xüsusi vurğulayıblar.

Tədbirin yekun sənədi olaraq qəbul olunan qətnamədə İƏT üzv ölkələrinə, beynəlxalq inkişaf agentliklərinə və beynəlxalq maliyyə institutlarına azad olunmuş Qarabağa investisiya yatırmağa çağırış edilib, o cümlədən, erməni işğalı nəticəsində dağıdılmış ərazilərin bərpası işində Azərbaycan hökumətinə dəstək ifadə olunub. 

Qeyd etmək lazımdır ki, İndoneziyanın Gənclər və İdman Nazirliyi bu proqrama öz dəstəyini göstərib.


İƏT Modeli – Beynəlxalq Münasibətlər akademiyası proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.
Bu il ərzində proqram Tatarıstan Respublikası, Pakistan, eləcə də Mərkəzi Asiyanın bir sıra ölkələrində uğurla həyata keçirilib.

Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin