Kosovo və Metoxiyanın serb əhalisi barrikadalar qurmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı respublikanın milli televiziyası yayıb.
Jarinje keçid məntəqəsində serblər arasında güllə yarası alanların olduğu bildirilir. Kosovo Xüsusi Təyinatlı Qüvvələri Kosovonun şimalındakı Jarinje keçid məntəqəsinə doğru gedir.
Kosovonun serb əhalisinin təhlükəsizliyini təmin etmək üçün Serbiya Silahlı Qüvvələrinin bölmələri Kosovo ilə sərhədə çəkilir.
* * * 21:39
Kosovo ordusu gecə yarısı Serbiyanın şimal hissəsinə hücum etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
“Hesab edirəm ki, biz indiki qədər çətin vəziyyətdə olmamışıq. Bunu niyə dedim? Priştina rejimi özünü qurban kimi təqdim edərək dünyadakı əhval-ruhiyyədən istifadə etməyə çalışır”, - Serbiya Prezidenti xalqa müraciətində bildirib.
Bu arada Kosovoda Serb nömrəli avtomobillərin keçməsini dayandırılıb.
* * * 21:16
Kosovo ilə sərhəddə yaranmış vəziyyəti Serbiya prezidenti Aleksandr Vuçiç şərh edərkən bildirib ki, Kosovoda serblərə qarşı aqressiv hərəkətlər olarsa, “Serbiya qalib gələcək”.
Bizim.Media xəbər verir ki, həmçinin bəzi KİV-lər Serbiya ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini yazır.
Qeyd edək ki, avqustun 1-dən Serbiyanın verdiyi sənədlər Kosovoda qüvvəsini itirəcək. Bu səbəbdən Serbiyanın xarici işlər naziri Kosovo ilə münasibətlərdə “cəhənnəm” vəd edib.
* * * 21:06
Serbiyanın "Danas" qəzeti qismən tanınan Kosovo Respublikasının şimalında hava hücumu sirenləri haqqında yazır.
Bizim.Media xəbər verir ki, sakinlərə evlərini tərk etməmək və pəncərələrdən uzaq durmaq barədə xəbərdarlıq edilib.
Serbiyanın cənubunda, Kosovo ilə sərhədə yaxın Novi Pazarda atışma olduğu barədə xəbərlər var.
Bəzi məlumatlara görə, Kosovo xüsusi təyinatlıları Serbiya ilə sərhədi bağlayıb.
İlkin məlumatlara görə, Serbiya prezidenti Vuçiç “serb əhalisini” qorumaq üçün Kosovoya qoşun yeritməyə hazırlaşır.
Qeyd edək ki, bir müddət əvvəl Serbiya Tərəqqi Partiyasının yüksək səviyyəli funksioneri Vladimir Cukanoviç “Balkanların denasifikasiyasına” ehtiyac olduğunu bəyan etmişdi.
“European Truth” xəbər verir ki, o, belə bəyanatı özünün “Twitter” səhifəsində yayıb.
"Mənə elə gəlir ki, Serbiya Balkanların denasifikasiyasına başlamaq məcburiyyətində qalacaq", - deyə o yazıb.
Bizim.Media