Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlzın xeyriyyə fondu keçmiş Əl-Qaidə lideri Usamə bin Ladenin qohumundan 1 milyon funt sterlinq (1,2 milyon dollar) alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.
Nəşr qeyd edir ki, 2013-cü ildə Çarlz Londondakı iqamətgahında bin Ladenin iri tikinti konqlomeratına rəhbərlik edən iş adamı Bəkr bin Ladenlə şəxsən görüşüb.
Mənbə vurğulayır ki, şahzadənin məsləhətçiləri onu Usamə bin Ladenin ögey qardaşının ianələrindən imtina etməyə çağırsalar da, kraliça II Yelizavetanın böyük oğlu bu tövsiyələrə məhəl qoymayıb.
Şahzadə Çarlzın Xeyriyyə Fondunun rəhbəri Yan Çeşir iddia edir ki, bin Ladenin ailəsindən ianələrin alınmasına razılıq təşkilatın beş qəyyumu tərəfindən tam təsdiqlənib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:45 / 31.07.2022
Şahzadə Çarlzın Fondu Usamə bin Ladenin qohumundan 1 milyon funt sterlinq alıb – “Times”
Hazırda oxunan: Şahzadə Çarlzın Fondu Usamə bin Ladenin qohumundan 1 milyon funt sterlinq alıb – “Times”
Hazırda oxunan: Şahzadə Çarlzın Fondu Usamə bin Ladenin qohumundan 1 milyon funt sterlinq alıb – “Times”
86310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.