“Aİ gələcəkdə Rusiyadan qaz almağı dayandıracaq” – Borrell

Hazırda oxunan: “Aİ gələcəkdə Rusiyadan qaz almağı dayandıracaq” – Borrell

86005

Avropa İttifaqı (Aİ) gələcəkdə Rusiya qazını almağı dayandıracaq.

Bizim.Media “eadaily.com”a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel “Television Espanola” kanalına müsahibəsində bildirib.

“Biz Rusiyadan enerji asılılığını azaltmaq barədə qərar qəbul etmişik. İlk növbədə kömür sonra isə neft. Birmüddətdən sonra isə qaz alışı dayanacaq”, - deyə Aİ diplomatiyasının rəhbəri bildirib.



Borrelin sözlərinə görə, bütün bunlardan imtina etmək üçün prosesə uyğunlaşmaq lazımdır: "Rusiya Federasiyası öz qazını satmaq istəyir. Lakin onu bizə satmağa məcbur deyil”.

Aİ diplomatiyasının rəhbəri bildirib ki, artıq Rusiya qazına qənaət edilməyə başlanıb:

“Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlayanda Rusiya qazının idxalı ümumi Avropanın 40%-ni təşkil edirdisə, indi bu, 20%-ə yaxınlaşır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin