Mixail Saakaşvili işçilərinin sayını yarıyadək azaldır

Hazırda oxunan: Mixail Saakaşvili işçilərinin sayını yarıyadək azaldır

85821
Moderator.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Odessa vilayətinin dövlət administrasiyasının işçilərinin sayı iki dəfə azaldılacaq. Belə ki, işçilırin sayı 27-dən 12 nəfərə endiriləcək. Bu barədə M. Saakaşvilinin müşaviri Aleksandr Borovik deyib.

Sosial şəbəkələrdə M.Saakaşvilinin  Odessa vilayətinə qubernator təyin edilməsi ilə bağlı zarafat dolu yazılar getməkdədir. Belə ki, sosial şəbəkə istifadəçiləri yazırlar ki, bəzi idarələrin ləğvi və orada çalışan məmurların işdən çıxması Ukrayna  dövlət aparatının siyasətinin yenilənməsi hesabına olacaq. 
Bu məsələyə də aydınlıq gətirən A. Borovik deyib ki, məqsəd köhnə kadrlarla mübarizə aparmaq deyil, ən əsası yaxşı kadrlarla işləməkdir. “Çünki odessalılar  müsbət istiqamətdəki dəyişikliklərə ümid edirlər ki, bizim uşaqlarımız, nəvələrimiz  ədalətli və dürüst  dövlətdə yaşasınlar”x9d, -deyə A. Borovik  qeyd edib.
 Vilayət rəhbərliyi ancaq ixtisarla  işin keyfiyyətində dəyişikliyə və effektivliyə nail olmaq istəyir.
 Bundan öncə iyulun 4-də M. Saakaşvili  Odessa vilayət administrasiyasının iki departamentini ləğv etməsi nəticəsində 21 nəfər işdən çıxarılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin