Moderator.az-ın verdiyi xəbərə görə, AKP və MHP heyətləri arasındakı koalisiya görüşməsi başlayıb. Bahçeli, Davudoğlunun görüşün edildiyi otağın qapısında qarşılayıb.
Baş nazir Əhməd Davudoğlu koalisiya görüşmələrinin ilk turu çərçivəsində Kamal Kılıçdaroğlunun ardından MHP lideri Devlet Bahçeli ilə bir yerə gəlib.
Devlet Bahçeli Davudoğlunun TBMM-dəki otağının qapısında qarşılayıb.
İki lider görüş əvvəli mətbuat mənsublarına görüntü verib.
Deyildiyi kimi saat 15:00-da başlayan görüşdə Davutoğluna; Faruk Çelik, Mahir Ünal, Baş katib Haluk İpək, keçmiş Nəqliyyat naziri Lütfi Elvan və Ertan Aydın yoldaşlıq edib.
MHP heyətində isə Bahçelinin yanında bu adlar var: Qrup sədr müavini Oktay Vural, Semih Yalçın, baş katib İsmət Büyükataman, Ahmet Kenan Tanrıkulu, baş katib müavini Mustafa Kalaycı.
KILIÇDAROÄžLU İLƏ 1 SAAT 40 DƏQİQƏ GÖRÜŞÜB
Prezident Ərdoğanın hökuməti qurması üçün vəzifələndirdiyi Baş nazir Davudoğlu, koalisiya turları çərçivəsində ilk görüşməsini dünən CHP ilə etmişdi.
1 saat 40 dəqiqə davam edən görüşdə Davutoğluna Baş nazir Köməkçisi Numan Kurtulmuş, Mədəniyyət və Turizm naziri Ömər Çelik, İnkişaf naziri Cevdet Yılmaz, AKP İstanbul Millət vəkili Ayşe Nur Bahçekapılı və AKP Ankara Millət vəkili Mücahid Arslan yoldaşlıq etmişdi.
NÖVBƏDƏ HDP VAR
Davudoğlu üçüncü görüşünü isə sabah HDP Ümumi başçıları Selahattin Demirtaş və Figen Yüksekdağ ilə edəcək.
































































































