Ermənilər etirazı dayandırdı - İyulun 14-nə kimi

Hazırda oxunan: Ermənilər etirazı dayandırdı - İyulun 14-nə kimi

85522
Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyası dayandırılıb. 

Moderator.az anspress-ə istinadən xəbər verir ki, etirazçılar bu susqunluğun müvəqqəti olduğunu, mübarizələrini bundan sonra da davam etdirəcəklərini bəyan ediblər. 

Onlar tələblərinin qüvvədə qaldığını, mitinqlərin isə yaxın günlərdə yenidən bərpa olunacağını deyib. 

Fəallar iyulun 14-də ölkə Baş Prokurorluğunun qarşısında mitinq keçirməyi planlaşdırır. 

Qeyd edək ki, İrəvanda etiraz aksiyaları iyunun 17-dən başlamışdı. Elektrik enerjisinin bahalaşması qərarına etiraz edən sakinlər öz hiddətlərini iki həftədən artıq küçələrdə bildirmişdilər. 

Nümayişçilər etirazlarını, hətta aclıq aksiyası ilə də bildirmişdi. Ermənistanda baş qaldıran etiraz aksiyaları zorakılıqla dağıdılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin