Fransanın Strasburq şəhərinə sərhəd olan Almaniyanın Kehl şəhərində dünən axşam saatlarında baş verən yanğın bölgədə yaşayanları qorxudub. Soyutma işlərinin hələ də davam etdiyi yanğında zərər çox böyük olub.
Kehl şəhərinin sənaye bölgəsində dülgər sexində çıxan yanğın ətrafdakı binalara sıçrayıb. 50-yə yaxın xilasetmə qrupu hadisə yerində yanğını nəzarət altına almağa çalışıb. Yanğın soyutma işləri hələ də davam edir. Yanğında yaralanan olmayıb. Qısa vaxtda şəhərin bütün səmtlərini ələ alan yanğın qoxusu, çıxan zəhərli qaz və quru duman məhəllə sakinlərini qorxudub. Zərərin 1 milyon Avronu keçdiyi təxmin edilərkən yanğının baş vermə səbəbi araşdırılır.

































































































