Böyük Britaniyanın Baş naziri Boris Conson Mühafizəkarlar partiyasının lideri olaraq qalmağa, yaxud bu posta növbəti parlament seçkiləri ərəfəsində qayıtmağa ümid bəslədiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya parlamentinin lordlar palatasının üzvü Con Krudes The Daily Telegraph qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Boris Conson özünün şəhərkənarı iqamətgahında silahdaşları ilə nahar zamanı növbəti ümumi seçkilərdə Mühafizəkar partiyasının lideri qismində iştirak etmək istəyini dilə gətirib.
İyulun 7-də istefa qərarını açıqlayan Baş nazirə ictimai dəstək kampaniyasının təşkilatçısı Con Krudes qeyd edib ki, əgər partiyanın yetərincə sıravi üzvü bunun lehinə səs verərsə, Conson Baş nazir olaraq qalmaq imkanı əldə edəcəyinə ümid bəsləyir. Ötən həftənin sonunda partiyanın 10 min üzvü Boris Consonun son taleyi barədə qərarın məhz sıravi torilər tərəfindən verməsi tələbinə dair petisiyanı dəstəkləyib.
Hazırda Mühafizəkar partiyanın 200 minə yaxın üzvü var. Onların 80 faizinin yekunları sentyabrın 5-də məlum olacaq tori liderinin seçkilərində iştirak edəcəyi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:22 / 26.07.2022
Conson Mühafizəkar partiyasının lideri postuna qayıdacaq – ÖZÜ TƏSDİQLƏDİ
Hazırda oxunan: Conson Mühafizəkar partiyasının lideri postuna qayıdacaq – ÖZÜ TƏSDİQLƏDİ
Hazırda oxunan: Conson Mühafizəkar partiyasının lideri postuna qayıdacaq – ÖZÜ TƏSDİQLƏDİ
85431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.