İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində azı üç nəfər ölüb, 26 nəfər yaralanıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 60-dan çox bina dağılıb. Məlumata görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərb məsafədə yerləşir. Təkanların ocağı 8 km dərinlikdə olub.
Yeraltı təkanlar torpaq sürüşməsinə də səbəb olub.
Bizim.Media