SEPAH-ın yüksək rütbəli mühəndisi öldürüldü

Hazırda oxunan: SEPAH-ın yüksək rütbəli mühəndisi öldürüldü

85223

İranın cənubunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket üzrə baş mühəndisi Səid Tamardar Mutlak öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr qeyd edir ki, İran hakimiyyəti Mutlakın ölümünü açıqlamayıb. Bu, yalnız dəfn mərasimi ilə bağlı mesajdan sonra məlum olub.

Bununla belə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib ki, “elmimizin qəhrəmanlarının öldürülməsi pərdəarxası terrorçuların məqsədlərinə çatmasına kömək etməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin