Rusiyada daha bir sayt bloklandı

Hazırda oxunan: Rusiyada daha bir sayt bloklandı

85186

“Roskomnadzor” Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə “Novaya qazeta” komandasının yaratdığı “Novaya raskaz-gazeta” jurnalının saytına girişi məhdudlaşdırıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı bazar günü departamentin internetdəki saytlara və ya saytların səhifələrinə girişin məhdudlaşdırılmasını yoxlayan xidmət yayıb.

Novaya.no saytına giriş iğtişaşlara, ekstremizmə və qanunsuz kütləvi aksiyalarda iştiraka çağırışların yer aldığı saytların bloklanması qaydalarına uyğun olaraq məhdudlaşdırılıb.

Roskomnadzor Rusiya Federasiyasının Baş Prokurorunun və ya onun müavinlərinin sorğusu əsasında bu cür məlumatlara çıxışın məhdudlaşdırılmasını təşkil edir.

Bloklama barədə nəşrin Telegram kanalı da məlumat yayıb.

“Baş Prokurorluq yeni saytımız Novaya.no-nun bağlanmasına qərar verib. Onlar bir mətnin deyil, bütün saytın bir anda bloklanmasını tələb ediblər”, - redaksiyadan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin