“Airbus A340-500 çox nadir bir təyyarədir. Ümumilikdə 34 layner istehsal edilərək təhvil verilib. Hələ də uça biləcəyiniz yalnız 1 aviaşirkət var ki, o da Azərbaycan Hava Yollarıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Youtube kanalında Honq-Konq və avstraliyalı videobloger, fotoqraf və yazıçı Sem Çui səsləndirib.
“Bu video mənim 2016-cı ildə Azərbaycan Hava Yollarına (AZAL) məxsus A340-500 təyyarəsi ilə Dubaydan Bakıya uçuşumu göstərir”, deyə o, qeyd edib.
Yazıçı, həmçinin cari marşrutu və A340-500 təyyarəsində necə uçduğu haqda söz açır.
“6 ildən sonra yenidən Azərbaycan Hava Yollarının A320 təyyarəsi ilə Dubaydan Bakıya uçdum. AZAL-ın laynerində Bakının görməli yerləri haqda informasiya əldə etdim”, deyə videobloger yekunlaşrıb.
Bizim.Media