İran parlamentinin üzvü Zəngəzur dəhlizinə qarşı çıxdı - FOTO

Hazırda oxunan: İran parlamentinin üzvü Zəngəzur dəhlizinə qarşı çıxdı - FOTO

85164

"Bəzi xarici güclər Ermənistandan keçməklə Naxçıvana dəhliz (Zəngəzur dəhlizini nəzərdə tutur) açmaq istəyirlər. Amma biz və Ermənistan tələb edirik ki, ölkələrin ərazi bütövlüyünə önəm verilsin".

Bizim.Media xəbər verir ki, bu fikirləri İran parlamentinin xarici əlaqələr üzrə nümayəndəsi Şəhriyar Heydəri səsləndirib.

Hazırda Türkiyədə yaşayan azərbaycanlı tarixçi alim Ramin Sadık (Sadıqov) onun dediklərini özünün  Tvitter səhifəsində paylaşıb.

O xatırladıb ki, bir neçə gün əvvəl İranın dini rəhbəri Əli Seyid Xamenei də Zəngəzur dəhlizinə etiraz etmişdi.

Qeyd edək ki, Ramin Sadıqov 1977-ci ildə Azərbaycanda anadan olub. 1999-cu ildə İstanbul Universitetinin Tarix fakültəsini bitirib. 2003-cü ildə Mərmərə Türkşünaslıq İnstitutunda magistr, 2009-cu ildə isə həmin universitetdə doktorantura pilləsini bitirib.

2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunda müəllim, Azərbaycan Elmlər Akademiyasının Şəki Regional Mərkəzində elmi katib vəzifələrində çalışıb. 2014-cü ildə Türkiyəyə qayıdan Ramin Sadıqov Bayburt Universitetində doktorantura professoru vəzifəsində çalışır.

Rus və ingilis dillərini bilən Sadıqov daha çox Qafqazda baş verən hadisələri, Osmanlı-Rusiya, Rusiya-Azərbaycan, Rusiya-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərini, həmçinin Rusiyanın Bolşevik İnqilabı dövründə və 20-ci əsrdəki hərbi-siyasi tarixini öyrənir. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin