Suriyada PKK terrorçusu məhv edildi – Kod adı "Kəndal erməni" olub

Hazırda oxunan: Suriyada PKK terrorçusu məhv edildi – Kod adı "Kəndal erməni" olub

85163

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında xüsusi əməliyyat keçirib.

Bizim.Media xəbər verir ki, xüsusi əməliyyat zamanı YPG (PKK terror qruplaşmasının Suriya qolu) terrorçusu "Kəndal erməni" kod adlı Şahin Tekintanğaç zərərsizləşdirilib.

Bildirilir ki, Ş.Tekintanğaç Suriyanın şimalındakı Ayn əl-Ərəb (Kobani) bölgəsində YPG/PKK-nın cinayətkar fəaliyyətlərində iştirak edib.

Qeyd edilib ki, Ş.Tekintanğac daha əvvəl Türkiyənin Ağrı, Qars, Van, Bingöl və Bitlis əyalətlərində YPG/PKK fəaliyyətlərində iştirak edib və terror aktlarının təşkilində şəxsən iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin