İstanbul ermənilərə “qucaq açdı”x9d

Hazırda oxunan: İstanbul ermənilərə “qucaq açdı”x9d

85098
Ermənistanın "Pünik" klubu futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Norveç "Molde"si ilə oyunlara Türkiyənin İstanbul şəhərində hazırlaşacaq

Publika.az Ermənistan klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Pünik" artıq İstanbuldakı "Green Park" hotelində məskunlaşıb.
 
Qonşu ölkədə iyulun 12-dək hazırlıq keçəcək komanda oradan Norveçə yollanacaq. Komandalar əvvəlcə iyulun 14-də Moldedə üz-üzə gələcəklər. Cavab görüşü isə bir həftə sonra İrəvanda keçiriləcək.
 
Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə start verən "Pünik" ilk rəqibi "Folqor" (San Marino) komandasını hər iki görüşdə 2:1 hesabı ilə məğlub edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin