Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin qatili 41 yaşlı Tetsuya Yamaqami Nara Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Bizim.Media “TASS” a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məhkəmənin noyabrın sonuna qədər davam edəcəyi gözlənilir. Ona psixiatrik müayinə təyin olunub. T.Yamaqaminin özünün hazırladığı tapançaların yoxlanılacağı və ekspertizadan keçiriləcəyi bildirilir.
Belə ki, T.Yamaqami odlu silah və onların istehsalı haqqında qanunları pozmaqda ittiham oluna bilər.
Qeyd edək ki, T.Yamaqaminin evində ümumilikdə 7 ədəd kustar üsulla hazırlanmış tapança aşkar edilib.
Xatırladaq ki, S.Abeyə qarşı sui-qəsd iyulun 8-də, parlamentin yuxarı palatasına seçkilər ərəfəsində Nara şəhərində seçki kampaniyası çərçivəsində çıxış edərkən baş verib. 41 yaşlı yapon Tetsuya Yamaqami əldəqayırma odlu silahla keçmiş Baş nazirə iki dəfə atəş açıb. Helikopterlə təcili xəstəxanaya çatdırılan 67 yaşlı mərhum siyasətçinin həyatını xilas etməyə çalışan həkimlərin bir neçə saatlıq əməyi nəticəsiz qalıb və onu xilas etmək mümkün olmayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:16 / 23.07.2022
Keçmiş baş naziri qətlə yetirən şəxs HƏBS OLUNDU
Hazırda oxunan: Keçmiş baş naziri qətlə yetirən şəxs HƏBS OLUNDU
Hazırda oxunan: Keçmiş baş naziri qətlə yetirən şəxs HƏBS OLUNDU
85036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.