Pyotr Poroşenko bu gün Odessaya Mixail Saakaşviliyə qonaq gedir...

Hazırda oxunan: Pyotr Poroşenko bu gün Odessaya Mixail Saakaşviliyə qonaq gedir...

84952
Ukrayna prezidenti Pyotr Poroşenko bu gün Mixail Saakaşvili ilə görüşəcək. 

Moderator.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı P. Poroşenko bu məqsədlə bu gün Mixail Saakaşvilinin rəhbər olduğu Odessa vilayətinə işgüzar səfər edəcək. O orada vilayətdəki vəziyyətlə yaxından tanış olacaq və vilayət rəhbəri M. Saakaşvilinin həyata keçirəcəyi islahatlarla yaxından maraqlanacaq.
Qeyd edək ki, P. Poroşenkonun  sərəncamı ilə Gürcüstanın sabiq prezidenti M. Saakaşvili Odessa vilayətinə rəhbər təyin olunub. O vilayətin inkişafı ilə bağlı ciddi islahatlar proqramı hazırlayıb və həyata keçriməyə planlayır. Görüşdə bu islahatların keçirilməsi və bunun vilayətdə və ölkədə hansı rezonansa səbəb olacağı məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin