Tokayevdən ekstravaqant TƏKLİF – Bununla Rusiyanın müdaxiləsinə son qoyulacaq

Hazırda oxunan: Tokayevdən ekstravaqant TƏKLİF – Bununla Rusiyanın müdaxiləsinə son qoyulacaq

84943

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Mərkəzi Asiya dövlət başçılarının məşvərət şurasında irəli sürdüyü təklif geniş müzakirələrə səbəb olub. Belə ki, Qazaxıstan lideri Mərkəzi Asiyada sərhədlərin delimitasiyası üçün ekspert platformasının yaradılmasını təklif edib.

Tokayev bu məqsədlə ölkəsinin lazımi yardımı göstərə biləcəyini də elan edib.

Məsələnin diqqətçəkən tərəfi isə, sözügedən regionda ölkələr arasında sərhəd problemlərinin aktuallığı ilə bağlıdır. Bu problem vaxtaşırı olaraq regionda konfliktlərin alovlanmasına səbəb olur. Təbii ki, xarici qüvvələrin də odun üzərinə benzin tökdüyünü nəzərə aldıqda problemin aktuallığı daha aydın görünür.
 

MÖVZU İLƏ BAĞLI:

Tokayev Qərbə üz tutduğunu işarə edir – Prezidentin son qərarının ŞƏRHİ


Digər tərəfdən, Qazaxıstan liderinin bu cür təkliflə çıxış etməsini Rusiyaya ünvanlanan mesaj kimi qiymətləndirənlər də var. Çünki Moskva zaman-zaman bölgənin sərhəd problemlərindən öz dominantlığını qorumaq üçün istifadə etməkdə ittiham olunub.

Əksər ekspertlər, delimitasiya prosesinin baş tutmasının regionda münaqişə ehtimalını minimuma endirəcəyi qənaətindədirlər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə də bu məsələ ilə həmfikir olduğunu qeyd edib:

“Müstəqil dövlətlər arasında sərhədlərin müəyyənləşməsi kənar qüvvələrin də regiona müdaxiləsinə son qoya bilər. Buna görə də Tokayevin təklifi tamamilə bölgə ölkələrinin xeyrinədir”.
Həmsöhbətimiz Qazaxıstan Prezidentinin son dönəmlər Rusiyaya qarşı ritorikasını dəyişməsinə də diqqət çəkib:

“Rusiya beynəlxalq oyunçu kimi öz mövqeyini sürətlə itirir. Xüsusilə də Ukraynaya hücumdan sonra Rusiyanın beynəlxalq aktor kimi həm hörməti, həm də təsir imkanları xeyli məhdudlaşıb. Tokayev də təcrübəli diplomat kimi beynəlxalq vəziyyəti və güclər nisbətini, təbii ki, nəzərə alır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin