ABŞ-da 50 il sonra qorxulu xəstəlik aşkarlandı

Hazırda oxunan: ABŞ-da 50 il sonra qorxulu xəstəlik aşkarlandı

84835

ABŞ-da təqribən yarım əsr sonra ilk dəfə poliomelit xəstəsi aşkar edilib.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Nyu-York ştatının Səhiyyə Departamenti məlumat yayıb.

Departament əhaliyə xəbərdar edib ki, şəhərin Roklend dairəsində poliomelitə yoluxma müəyyən edilib. Faktı federal qurumlar da təsdiqləyib.  

Rəsmi statistikaya görə ABŞ-da poliomelitə ölkədaxili yoluxma sonuncu dəfə 1979-cu ildə qeydə alınıb. 1993-də aşkar eidlən xəstə isə xaricdə yoluxmuşdu.

Qeyd edək ki, poliomelit virusların törətdiyi infeksion xəstəlik olub sinir sistemini iflic edir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin