Kiçik Enesin, gizli əlaqəyə qurban getdiyi ortaya çıxdı

Hazırda oxunan: Kiçik Enesin, gizli əlaqəyə qurban getdiyi ortaya çıxdı

84793

 Moderator.az-ın verdiyi xəbərə görə, Iğdırın Tuzluca rayonunda itdikdən 6 gün sonra basdırılmış halda cəsədi tapılan 6 yaşındakı Enesin gizli əlaqəyə şahid olduğu üçün öldürüldüyü ortaya çıxıb.

Tuzluca mahalının Güllüce kəndində 6 yaşındakı Enes, 29 iyun tarixində oynamaq üçün çıxdığını evinə bir daha qayıtmayıb. Ankaradan gətirilən xüsusi qrup və kadavra itlərinin 4 iyul tarixində etdiyi axtarışda Enesin cansız bədəni,yaxınlıqdakıi evin bağçasında basdırılmış halda tapılıb. Cinayətlə bağlı istintaqda polis, ata M.T-nin əmisinin oğlu M.T, qardaşı M.T, G.T və bir qohumları olan A.T-nin üzərində dayandı. 3 uşaq anası G.T polisə verdiyi ilk ifadəsində evlərinə gələrək oyun oynayan Enesi dəcəllik etdiyi üçün itələdiyini və uşağın başının divara dəyməsi ilə huşunu itirdiyini, bunun üzərinə qorxub bağçada basdırdığını söyləyib.

İKİSİNİ YATAQDA GÖRÜBMÜŞ

G.T həyat yoldaşı M.T və qaynı M.T.ilə qohumları olan A.T Tuzluca Dövlət Xəstəxanasında edilən sağlamlıq yoxlanışdan sonra, saat 19:00 radələrində məhkəməyə çıxarılıb. G.T polisə verdiyi ifadəsində yoldaşının çobanlıq etdiyini, qohumları olan A.T ilə eşq əlaqəsi olduğunu, hadisə günü Enesin öz uşaqlarıyla oynamaq üçün açıq olan qapıdan evə girdiyini söyləyib. Ifadəsində Enesin onu və sevgilisini yataqda gördüyünü söyləyən G.T, bunun üzərinə A.T-nin uşağı tutub iplə boğduğunu irəli sürüb. G.T, A.T-nin Enesi öldürdükdən sonra kabellə əl və ayaqlarını bağlayıb "Geri dönüş yoxdur. Mən çıxıram. Sən gerisini həll et" dediyini, bunun üzərinə Enesin cansız bədənini torbaya qoyub bağçada basdırdığını söyləyib. G.T, polisə verdiyi ifadəsinin ardından sövq edildiyi növbətçi məhkəmə tərəfindən həbs olunaraq Ərzuruma göndərilib.

Respublika polis idarəsində üç saat ifadə verən A.T, M.T və M.T də sorgularının ardından məhkəməyə sövq edilib. Şübhəlilərdən A.T, "dəhşətli hisslə adam öldürmə" günahından, digər şübhəli G.T-nin yoldaşı M.T isə "tədbirən" həbs olunub. Şübhəli M.T isə həbssiz mühakimə üzrə sərbəst buraxılıb. Məhbuslar, geniş təhlükəsizlik tədbirləri altında ədliyyədən çıxarıldıqdan sonra Iğdır B Tipi Qapalı Həbsxanasına aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin