Prezident Vladimir Putinin İrana səfəri zamanı Rusiya ordusu Xarkovdakı məscidi atəşə tutaraq, etinasızlıq jesti nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.
“Klassik rus yezuitizmi. Tehrana gələrək İranın ali lideri Əli Xameneiyə baş əyir və “Dünyanın ikinci ordusu üçün silah” istəyir, eyni zamanda Xarkovdakı məscidi atəşə tutur. Barbarlar üçün heç bir şey müqəddəs deyil. Amma İran Kremlin etinasızlıq jestini başa düşəcəkmi?”, - deyə o, qeyd edib.
Xatırladaq ki, iyulun 20-də səhər rus qoşunları Xarkovu atəşə tutub. Atışma zamanı biri 13 yaşlı uşaq olmaqla 3 nəfər həlak olub. Bu hücumlar nəticəsində şəhərin Kiyevski rayonundakı məscidə də ziyan dəyib.
Bizim.Media
Класичне російське єзуїтство. Приїхати на поклон у Тегеран, щоб вимолити у Верховного лідера Ірану @khamenei_ir «трошки зброї для другої армії світу», а паралельно обстріляти мечеть у Харкові. Для варварів немає нічого святого. Але чи зрозуміють в Ірані жест зневаги від Кремля? pic.twitter.com/fN1iKu1uij
— Михайло Подоляк (@Podolyak_M) July 21, 2022