Bizim.Media xarici KİV-ə istinadən bildirir ki, o, Miçiqan ştatında çıxışı zamanı bu yanlışlığa yol verib.
"Mən baş nazir Makronu çox sevirəm, amma bir dəfə ondan soruşdum, vəziyyət necədir, orada razılaşma necədir?", - deyə Tramp İqlimə dair Paris razılaşması barədə danışarkən deyib.
Qeyd edək ki, hazırda Fransada baş nazir postunu Jan Kasteks tutur.