“30-dan çox ölkə Ukraynaya silah və texnika tədarük edir” - ABŞ-ın müdafiə naziri

Hazırda oxunan: “30-dan çox ölkə Ukraynaya silah və texnika tədarük edir” - ABŞ-ın müdafiə naziri

84663

“Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatında) əvvəlki üç iclasının nəticələrinə görə, 30-dan çox ölkə Ukraynaya silah və texnika tədarük edir, bundan əlavə, daim yeni təşəbbüslər irəli sürülür”.

Bizim.Media “Ukrinform”a istinadla xəbər verir ki, bunu “Ramştayn-4” görüşünün videoformatda keçirilən iclasının açılışında ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Bir ay əvvəl bu qrup Ukraynanı qorumaq öhdəliyimizi bir daha təsdiqləmək üçün Brüsseldə üzbəüz görüş keçirdi və biz bir çox ölkədən yeni təşəbbüslərin elanlarını eşitdik. Bu günə qədər 30-dan çox ölkə Ukraynaya hərbi dəstək verib”, - deyə Pentaqon rəhbəri bildirib.

O vurğulayıb ki, bu birgə səylər artıq yerlərdə vəziyyətin dəyişməsinə gətirib çıxarıb.

Brüsseldəki görüşdən sonra təkcə ABŞ Ukraynaya müdafiə yardımı üçün 2,6 milyard dollardan çox vəsait ayırıb ki, bura digər silah və texnika ilə yanaşı, 12 HIMARS sistemi də daxildir. Bu da, Ukrayna Silahlı Qüvvələrinin atəş gücünü xeyli dərəcədə artırıb.

“Ukraynanın özünü müdafiə edə bilməsi üçün tarixi dəstək verməyə davam edəcəyik”, - Ostin bildirib.

O, ABŞ Administrasiyasının bu həftə Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayacağını təsdiqləyib və digər ölkələrin də fəal şəkildə qoşulduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin