Moderator.az-ın verdiyi xəbərə görə, İndoneziyada Raung vulkanik dağı fəaliyyətə başlayıb. Təyyarə səfərləri ləğv edilib, bölgədə təxriyyə işləri başlayıb.Ölkənin ən əhəmiyyətli turizm bölgəsi olan Bali adası yaxınlığında olan Raung vulkanik dağının fəaliyyətə keçməsiylə bölgədə təhlükə həyəcanı verilib. Vulkanik dağın 3 kilometr ətrafında yaşayan təxminən 800 insan etibarlı bölgələrə evakuasiya edilib. İndoneziya Milli Afət Zərərlərini Azaldılması Agentliyi rəhbəri Sutopo Purwo Nugroho, vulkanik dağın fəaliyyətə başladığını və hər şeyin nəzarət altında olduğunu açıqlayıb.Vulkanik dağdan püskürən kül təbəqəsinin yüksəkliyi 4 kilometrə çatarkən bölgədəki 18 təyyarə səfərinin ləğv edildiyi bildirilib. "Sakit okean Atəş Çevrəsi" zəlzələ və vulkan qurşağındayerləşən İndoneziyada 120-dən çox aktiv vulkan var.

- A-
- A
- A+
Dünya
15:43 / 06.07.2015
Balidə vulkan püskürməsi ... Regionu boşaldırlar ...
Hazırda oxunan: Balidə vulkan püskürməsi ... Regionu boşaldırlar ...
Hazırda oxunan: Balidə vulkan püskürməsi ... Regionu boşaldırlar ...
84631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































