Medvedev Rusiyanın 11 “günahı”nı sadaladı

Hazırda oxunan: Medvedev Rusiyanın 11 “günahı”nı sadaladı

84606

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın ittiham olunduğu 11 “günahını” sadalayıb. 

Bizim.Media xəbər verir ki, o, siyahını Telegram kanalında dərc edib.

Siyasətçinin fikrincə, Rusiya bu işlərə görə “günahkar” hesab edilir.

1. ABŞ-da və ona müttəfiq olan ölkələrdə yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin kəskin artmasında

2. Bütün qitələrdə mağazalarda ərzaq məhsullarının bahalaşmasında

3. Avropa kurortlarında insanların əziyyət çəkdiyi istidə

4. Müdafiəsiz Avropa şirkətlərini vuran Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nın tətbiqində

5. Baydenin vaxtaşırı sözlərini dəyişik salmağında 

6. Amerikada poçtla səs verməkdə

7. Olaf Şolzu "incidilmiş qaraciyər kolbasa" adlandırmaqda

8. Avropa liderlərinin istefalarında 

9. Avropalıların rus klassik ədəbiyyatını və simfonik musiqisini tənqid etməkdə

10. Yuli Sezarın qəddarcasına öldürülməsində

11. Planetimizdə dinozavrların yoxa çıxmasında.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin