İranın ali rəhbəri Əli Xamenei Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyib.
Bizim.Media IRNA-ya istinadən xəbər verir ki, bu barədə Ə.Xamenei Rusiya Prezidenti Vladimir Putini qəbul edərkən söyləyib.
O, müharibənin heç də xoş bir hal olmadığını və bundan adi insanların əziyyət çəkdiyini vurğulayıb:
“Ukrayna məsələsində isə siz (Rusiya – red.) təşəbbüs göstərməsəydiniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə başlayacaqdı”.
Xamenei “qərbpərəstlərin güclü və müstəqil Rusiyaya qarşı olduğunu” qeyd edib:
“Onları Ukraynada dayandırmasaydılar, onlar Krım bəhanəsi ilə bu müharibəyə başlayacaqdılar”.
Bizim.Media