Türkdilli dövlətlərin siyasətinə dəstək fondu xa0Qırğızıstandakı Türk ictimaiyyəti ilə birlikdə Bişkek şəhərində iftar süfrəsi açıblar.xa0
Moderator.az-ın məlumatına görə, iftarda Qırğızıstandakı tanınmış türk və Azərbaycan iş adamları ilə birlikdə sadə adamlar da iştirak ediblər.
İftara başlamamışdan əvvəl Türkiyənin Qırğızıstandakı səfirliyinin din işləri üzrə müşavirliyinin əməkdaşı Məhmət Dərəli xa0Əzan səsləndirmiş, belə iftar süfrələrinin açılmasının böyük savabından danışmışdır, daha sonra "Quran"dan ayələr oxumuşdur.xa0
xa0Sonra müxtəlif türk diaspor təşkilatlarının birgə məqsəd uğrunda həyata keçirtdiyi işlər barəsində danışan Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov vurğulayıb ki, bu əməkdaşlıq artıq öz bəhrəsini verməkdədir.xa0































































































