Yayda qar yağdı - Foto/Video

Hazırda oxunan: Yayda qar yağdı - Foto/Video

84488
İyulda temperaturu bəzi vaxtlar 33 dərəcəyə qədər qalxan şəhərin sakinləri şoka düşüb


Rusiyanın Komi Respublikasının şimalında yerləşən Vorkuta şəhərinə gözlənilmədən qar yağıb. 

Havalar o qədər soyuyub ki, iyulun 6-dan şəhərdə binaları qızdırmaq üçün qazanxanalar işə salınacaq. Hazırda şəhərdə temperatur 1-3 dərəcə arasında dəyişir. Bu, iyulda orta temperatur 13 dərəcə olsa da, bəzi vaxtlar 33 dərəcəyə qədər qalxıb. 

Sinoptiklərin dediyinə görə, Vorkutaya qar Arktikadan qəflətən daxil olan soyuq hava ilə bağlıdır. Onların dediyinə görə, soyuq hava iyulun 10-a kimi davam edəcək. Soyuq hava şəhərdə nəzərdə tutulan İvan Kupala bayramının keçirilməsinə mane olub. 

Vorkuta qütb dairəsində yerləşir. Əhalisinin sayına görə, qütb zonasının üçüncü şəhəridir. Şəhərdə 60 mindən çox adam yaşayır. Vorkuta 1930-cu ildə salınıb və buna səbəb ərazidə iri daş kömür yataqlarının ortaya çıxmısı olub.(ans press) 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin