Ukraynada müharibə başlayandan təxminən bir ay sonra Buynakskda (Dağıstan Respublikasının şəhəri) yerləşən 63354 saylı hərbi hissənin 300 hərbçisi özbaşına silahı yerə qoyub Ukraynanı tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Moscow Times” nəşri iki hüquq müdafiəçisinə istinadən yazıb.
Mənbə qeyd edir ki, Dağıstana qayıtdıqdan sonra onlar müqavilənin ləğvi proseduruna başlayıblar. Məlumata görə, onlar Ukraynada “DXR” ərazisində olublar, forma və silah problemi yaşadıqlarını, bəzilərinin isə ayaqları donaraq geri qayıtdıqlarını bildiriblər.
Buynakskda hərbçilər fərari kimi qarşılanıb, şəhərdə hakimiyyət, hərbi və prokurorluq nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Nəticədə onlardan bəziləri qohumlarının və yerli hakimiyyət orqanlarının təzyiqi ilə müalicə olunduqdan sonra Ukraynaya qayıdıblar.
Hazırda hərbi prokurorluq insidentlə bağlı araşdırma aparır, çünki 10 gündən çox xidmət yerində olmayan hərbçi cinayət məsuliyyətinə cəlb edilə bilər.
Xidmətdən yayınan dağıstanlılar isə kömək üçün Moskvadan olan hərbi hüquqşünasa müraciət ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:54 / 19.07.2022
300 dağıstanlı hərbçi Ukraynada döyüşməkdən imtina etdi
Hazırda oxunan: 300 dağıstanlı hərbçi Ukraynada döyüşməkdən imtina etdi
Hazırda oxunan: 300 dağıstanlı hərbçi Ukraynada döyüşməkdən imtina etdi
84472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.