“Yabancı damat”x9d, “Aliye”x9dnin ssenaristi intihara cəhd etdi

Hazırda oxunan: “Yabancı damat”x9d, “Aliye”x9dnin ssenaristi intihara cəhd etdi

84399
“Süper baba”x9d, “Deli yürek”x9d, “Yabancı damat”x9d, “Aliye”x9d, “İkinci bahar”x9d kimi reytinq rekordu qıran serialların ssenaristi Güliz Kucur intihara cəhd edib. 


Moderator.az-ın axşam.az-a istinadən xəbər verir ki, ssenarist İstanbulda yaşadığı evin pəncərəsindən özünü atmaq istəyib. Gülizi binanın təmizlik işlərinə baxan şəxslər xilas ediblər. Ətrafdakılar və hadisə yerinə gələn polis G.Kucuru özünü öldürmək fikrindən döndərə bilməsələr də, ssenaristin fikri yayınan zaman onu sakinlər tutaraq pəncərədən uzaqlaşdıra biliblər. 

Uzun müddət təcili tibbi yardım maşınına minmək istəməyən Güliz həkim müayinəsindən keçmədən aparıldığı xəstəxanadan da qaçıb. O, polisə ifadə vermək istəməyib. G.Kucurun iqtisadi baxımdan çətinlik çəkdiyi ehtimal olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin