İran: İŞİD müqəddəs türbələrə yaxınlaşarsa, birbaşa savaşa başlayarıq.
General Yəhya Rəhim Səfəvi, terror təşkilatı İŞİD-ə İraqda şiələr üçün müqəddəs sayılan məkanlara yaxınlaşmaması haqqında xəbərdarlıq edib.
İran lideri Ayətullah Əli Xomeyninin hərbi məsləhətçisi general Yəhya Rəhim Səfəvi, Elborz əyalətində qatıldığı bir yığıncaqdaki çıxışında Tehran rəhbərliyinin İŞİD-ə İraqdakı müqəddəs türbələr haqqında xəbərdarlıq etdiyini söyləyib.
Səfəvi, "İŞİD xadimləri İraqda müqəddəs məkanlara yaxınlaşdığı üçün İran tərəfindən xəbərdar edildi. Təşkilata bu türbələrə yaxınlaşarsa, birbaşa döyüşə girəcəyimiz xəbərini çatdırdıq. İŞİD İran qüvvələrinə qarşı gələ bilməyəcəyini bilir" deyə danışıb.
İraqda şiələr üçün müqəddəs sayılan türbələr, Kərbəla, Nəcəf, Kâzimiyye və Samarra şəhərlərində var.





























































































