Moderator.az-ın verdiyi xəbərə görə, Neft şirkəti BP Meksika Körfəzində 2010-cu ildə reallaşan və tonlarla neft sızıntısına səbəb olan qəza səbəbi ilə 18.7 milyard dollar təzminat ödəyəcək.
İngilis neft şirkəti BP Meksika Körfəzi sahillərində baş verən qəza səbəbi ilə ABŞ hökumətinə və 5 əyalətə ümumi 18.7 milyard dollar məbləğində təzminat ödəməyi qəbul edib. Amerika Ədalət Nazirliyi bu məbləğin bir hadisə səbəbi ilə ödənilən ən böyük miqdar olduğunu bildirib.
20 aprel 2010-cu ildə baş verən qəza nəticəsində 11 işçi həyatını itirmiş, milyonlarla barrel neft müxtəlif əyalətlərin sahillərinə dağılmışdı.
BP Ceosu Bob Dudley, mətbuata verdiyi müsahibədə, qəzanın yaratdığı dəhşətli nəticələr düşünüldüyündə təyin olunan təzminatın məqbul olduğunu, BP olaraq üzərlərinə düşən öhdəlikləri yerinə yetirəcəklərini bildirib.































































































