Aksiyanı dağıdan erməni polislər həbs olunacaq

Hazırda oxunan: Aksiyanı dağıdan erməni polislər həbs olunacaq

84198
Ermənistanda elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı aksiyaların dağıdılmasında iştirak edən polislərə qarşı cinayət işi açılıb.

Moderator.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Komitəsi məlumat yayıb. 

Hüquq mühafizə orqanları əməkdaşları vəzifə səlahiyyətlərini aşmaqda, zorakılıqda və jurnalistlərin professional fəaliyyətinə mane törətməkdə ittiham olunurlar. 

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin