Ukrayna prezidenti Volodimir Zelenski baş prokuror İrina Venediktovanı və Təhlükəsizlik Xidmətinin sədri İvan Bakanovu niyə işdən çıxardığının səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, axşam video müraciətində danışıb.
MÖVZU İLƏ BAĞLI:
Zelenski baş prokuroru vəzifəsindən azad etdi - FOTO
“Baş prokuroru və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifədən azad etmək qərarına gəldim.
Bu gün prokurorluq və digər hüquq-mühafizə orqanlarında dövlətə xəyanətə görə 651 cinayət işi açılıb, 198 nəfər şübhəli şəxs qismində dindirilib.
O cümlədən, prokurorluğun və Təhlükəsizlik Xidmətinin 60-dan çox əməkdaşı işğal olunmuş ərazidə qalıb və dövlətimizin əleyhinə işləyir.
MÖVZU İLƏ BAĞLI:
Zelenski Təhlükəsizlik Xidmətinin sədrini işdən çıxartdı – Uşaqlıq dostu olub
Dövlətin milli təhlükəsizliyinin əsaslarına qarşı cinayətlərin bu cür silsiləsi və Ukrayna təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə Rusiya xüsusi xidmət orqanları arasında qeydə alınan əlaqələr aidiyyəti rəhbərlər qarşısında çox ciddi suallar yaradır. Bu sualların hər birinə lazımi cavab alınacaq”, deyə o, qeyd edib.
Bizim.Media