SEPAH-ın kiber qrupunun üzvləri ortaya çıxdı - FOTO

Hazırda oxunan: SEPAH-ın kiber qrupunun üzvləri ortaya çıxdı - FOTO

84129

"Dodaqlarını tikənlər" adlı haker qrupu İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) kiber qruplaşmasının və Kəşfiyyat İdarəsinin bir sıra əməkdaşlarının kimliyini ifşa edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Qeyd edək ki, sözügedən qrup daha öncə İranın "Bəsic" və SEPAH orqanlarının kiber-fəaliyyətlərini üzə çıxarmışdı.

Adıçəkilən qrup həmin şəxsləri SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı "Naci Technologie" və "Əfkar sistem" şirkətlərinin işçiləri kimi təqdim edib.

Qeyd edilən qrupun yaydığı sənədlərə görə, SEPAH həmin şəxslər vasitəsilə Avropa, Amerika və Avstraliyada bir sıra saytlara, təşkilatlara və hədəflərə kiberhücum təşkil edərək, şantaj yolu ilə onlardan məlumatlar tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin