Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən teleqüllə Azərbaycan bayrağının rənginə bürünüb. Bizim.Media xəbər verir ki, Mtatsminda parkında yerləşən teleqüllə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə bəzədilib. Axşam saatlarından göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.