Türkiyədə parlament sədri bəlli oldu - Yenilənib

Hazırda oxunan: Türkiyədə parlament sədri bəlli oldu - Yenilənib

83879
Türkiyədə parlament sədri seçkilərinin 3-cü turu baş tutub. 

Moderator.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, səsvermədə yenə də heç bir namizəd Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin seçilməsi üçün lazım olan 276 səs toplaya bilməyib.

Sədr seçilməsi üçün səsvermənin 4-cü turu keçirləcək. 3-cü turda ən çox səs toplayan AKP namizədi İsmət Yılmaz və CHP namizədi Dəniz Baykal arasında seçim olacaq.  

3-cü turun səsvermə nəticələrinə görə, AKP namizədi, Sivas millət vəkili İsmət Yılmaz 259, CHP namizədi, Antalya millət vəkili Dəniz Baykal 129, MHP namizədi, İstanbul millət vəkili Ekmeleddin İhsanoğlu 80, HDP namizədi, Mesrin millət vəkili Dengir Mir Mehmet Fırat isə 78 səs alıb.

***

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin seçilməsi üçün səsvermənin 4-cü turu keçirilib.

Seçki zamanı AKP namizədi İsmət Yılmaz 258 səs toplayaraq parlament sədri seçilib. İkinci əsas namizəd CHP namizədi Deniz Baykal 189 səs toplayıb. Seçimdə 547 millət vəkili iştirak edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin