Rusiya hərbi qüvvələrinin Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində 17 nəfər ölüb, 90 nəfər yaralanıb.
Bizim.Media Unian.net-ə istinadən xəbər verir ki, ölənlərdən 2-nin uşaq olduğu bildirilir.
***13.07
Rusiya Silahlı Qüvvələri Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Vinnitsa Şəhər Şurasının “Telegram” kanalında məlumat paylaşılıb.
Bildirilib ki, şəhərdə bir neçə partlayış səsi eşidilib. İlkin məlumata görə, partlayışlar nəticəsində 8 nəfər ölüb, biri azyaşlı olmaqla 20-dən çox insan yaralanıb.
Həmçinin məlumatda "Vinnitsada partlayış səsləri eşidilib. Gizləndiyiniz yerdən çıxmayın. Foto və videoları yaymayın", - deyə qeyd olunub.
Bizim.Media