“Microsoft”un qurucusu Bill Qeyts sərvətinin demək olar ki, hamısını keçmiş həyat yoldaşı Melinda Qeytslə birgə təsis etdiyi “Qeyts” Fonduna verəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə milyarder “Twitter” hesabında məlumat verib.
Qeyts qeyd edib ki, bundan sonra o, dünyanın ən varlı adamları siyahısından çıxacaq:
“Sərvətimin demək olar ki, hamısını fonda verməyi planlaşdırıram. Dünyanın ən varlı adamları siyahısından aşağıya doğru hərəkət edəcəyəm”.
Bill Qeyts hər il fonda 6 milyard dollar göndərdiyini, lakin "zamanımızın böyük böhranlarının daha çox tələb etdiyini" söyləyib. Milyarder artıq fonda 20 milyard dollar köçürüb.
O əlavə edib ki, dünya son illərdə bir çox böyük sarsıntılar, o cümlədən koronavirus pandemiyası və Ukraynadakı münaqişə də daxil olmaqla, "bir çox insanı ümidsizliyə salıb".
“Microsoft”un qurucusu “Öz resurslarımı cəmiyyətə əzabların azaldılmasına və həyatı yaxşılaşdırmağa ən çox təsir edəcək üsullarla qaytarmağa borcluyam. Ümid edirəm ki, imtiyazlı vəzifələrdə olan digər imkanlı şəxslər də bir addım irəli atacaqlar” qeyd edib.
“Qeyts” Fondu 2000-ci ildə yaradılıb və ABŞ-da ən böyük özəl fond hesab olunur. Bill Qeytsin özünün sərvəti, “Forbes” dərgisinin yazdığı məlumata görə 122,1 milyard dollar qiymətləndirilir, o, dünyanın ən varlı adamları siyahısında dördüncü yerdədir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:31 / 14.07.2022
Bill Qeyts 122 milyardlıq sərvətini kimə bağışlayacaq?
Hazırda oxunan: Bill Qeyts 122 milyardlıq sərvətini kimə bağışlayacaq?
Hazırda oxunan: Bill Qeyts 122 milyardlıq sərvətini kimə bağışlayacaq?
83642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.