Türkiyədə 22 yaşında olan qız enerji içkisindən dünyasını dəyişib.
Hadisə Muğlanın Fethiye bölgəsində baş verib. Belə ki, Eda Dilara adlı qız dostlarının ayaqqabı dükanın açılışı üçün yardım etməyə gəlib. Nahar etdikdən sonra enerji içkisi qəbul edən qız vəziyyətinin yaxşı olmadığını bildirib.
Bir müddət sonra yenidən enerji içkisi qəbul edən 22 yaşlı xanım “ürəyim möhkəm ağrıyır”x9d deyərək huşunu itirib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb
İlkin rəyə əsasən qızın ölümünə səbəb enerji içkisi olub.(azvision.az)

































































































