Misirin baş prokuroru Hişam Barakat avtomobilinin partladılması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Moderator.az-ın verdiyi xəbərə görə, ölkənin iki naziri faktı təsdiqləyib.
Qeyd edək ki, ölkənin baş prokuroru Hişam Barakatın avtomobili bu gün səhər saatlarında naməlum şəxslər tərəfindən partladılıb.
Nəticədə ağır yaralanan baş prokuror xəstəxanaya yerləşdirilmişdi.






























































































