Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının VAXTI

Hazırda oxunan: Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının VAXTI

83435

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının vaxtı məlum olub
İyulun 19-da Brüsseldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının on səkkizinci iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında məlumat verilib.

Aİ-nin nümayəndə heyətinə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edəcək.

Əməkdaşlıq Şurası Aİ-Azərbaycan ikitərəfli münasibətlərində mövcud vəziyyəti və növbəti addımları müzakirə edəcək, diqqəti Aİ-Azərbaycan tərəfdaşlıq prioritetləri və sektoral əməkdaşlığa, eləcə də Şərq Tərəfdaşlığına, İqtisadi və İnvestisiya Planının icrasına yönəldəcək.
Daha sonra Əməkdaşlıq Şurası siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan hüquqları ilə bağlı fikir mübadiləsi aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin