Dünya tarixində baş vermiş ən dəhşətli müharibələr – SİYAHI

Hazırda oxunan: Dünya tarixində baş vermiş ən dəhşətli müharibələr – SİYAHI

83296

Ən pis sülh istənilən müharibədən yaxşıdır. Müharibənin ikinci adı ölümdür. Və bu ölüm yaşa-başa baxmır. Qarşısına çıxanı öz “dəmir maşını”ndan keçirir. Ona görə də bir çox hallarda müharibəni ətçəkən maşınla da müqayisə edirlər.

Qəribə burasıdır ki, cəmiyyət inkişaf etdikcə böyük və qanlı müharibələr daha da çoxalır. Ona görə də Cavid əfəndi hələ 100 il bundan qabaq demişdi ki: “Təməddünün sonu vəhşətmi, əcəba?”

Ona görə də Bizim.Media olaraq insanların insanlığı yox etdiyi qanlı savaşların bəzilərini bir daha yada salırıq.

İkinci Dünya Müharibəsi

Haqqında bir çox məlumatlar yazılan, valideynlərimizə, onların ailələrinə təsir edən, XX əsrin, bəlkə də bəşəriyyətin ən qanlı müharibəsi II Dünya Müharibəsidir. Məşhur olduğu qədər də dəhşətli nəticələri olan 6 illik bu döyüş sülhü bərqərar etmək üçün başladıldı. Yekun isə göz önündədir, rəsmi məlumatlara görə 60 milyondan çox insan həlak oldu.

Monqol Yürüşləri

On illərlə davam edən Monqol yürüşləri zamanı qan su yerinə axırdı. Çingiz Xanın qurduğu dövlətin “yox etmək” prinsipi ilə irəli atılan qana susamış döyüşçüləri milyonlarla insanın ölümünə səbəb oldu. Yürüşlərin şüarı bir idi “qılıncdan keçir və yandır”.

Çingiz Xan və ondan sonra dövləti bölüşdürən oğullarının davam etdirdiyi döyüşlərdə təxminən 30 milyon insan canını itirdi. Bəzi mənbələrdə bu rəqəmin 40 milyon olduğu göstərilir.

Çində hakimiyyət müharibələri

Tarixin qanlı hekayələrinin bir hissəsinin mövzusu hakimiyyət uğrunda aparılan müharibələrdir. Bu növ hadisələrin baş verdiyi ərazilərin siyahısında ilk yeri Çin tutur. Kökü olduqca qədim olan Çinin Orta Asiyadakı türk dövlətləri ilə münaqişələri çox insana məlumdur. Dövlətin daxilində də edilən müdhiş savaşlar 25 milyon insanın həyatını itirməsinə səbəb olub.

Taypin Üsyanı

Çinin qaranlıq keçmişində qalan Taypin üsyanı zamanı insanlığa sığmayan hadisələr baş verib. Ölkənin daxilində kəndlilərin vergilərə qarşı başladığı etirazlar 1850-1864-cü illəri əhatə edir. 14 il ərzində davam edən üsyanda 20 milyon insan həyatını itirib.

Daha hansı müharibələr bəşər tarixində daha qanlı və daha dəhşətli izlər buraxıb?

Surxay Atakişiyev, Bizim.Media































































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin