Noyabrda dünya əhalisi 8 milyarda çatacaq – Təəccüblü HESABAT  

Hazırda oxunan: Noyabrda dünya əhalisi 8 milyarda çatacaq – Təəccüblü HESABAT  

83293

BMT-nin İqtisadi və Sosial Şurasının dərc etdiyi “Dünya Əhalisinin Perspektivləri 2022” hesabatına görə, 2022-ci il noyabrın 15-də dünya əhalisinin sayı 8 milyarda çatacaq.

Hesabatda dünya əhalisi ilə bağlı bir çox təəccüblü məlumatlar və gözləntilər də yer alır.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Türkiyə nümayəndəsi Həsən Möhtəşəmi dünya əhalisinin son 10 ildə bəşəriyyət tarixində ən sürətli artıma malik olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

2022-ci ildə dünya əhalisinin sayı 8 milyarda YAXINLAŞACAQ


Bu ilin noyabrına qədər dünya əhalisinin 8 milyarda çatacağını vurğulayan Möhtəşəmi bu artımın 11 il sonra baş verdiyini açıqlayıb.

O deyib ki, 2011-ci ildə dünya əhalisi 7 milyard olub:

“Əhali son bir neçə onillikdə çox sürətlə artıb. Əslində, 200 il əvvəl dünya miqyasında bir milyard insan olub. Sonrakı illərdə əhalinin sayı əhəmiyyətli dərəcədə artdı”.
“Dünya Əhalisinin Perspektivləri 2022” hesabatında həmçinin qeyd olunub ki, 2019-cu ildə qlobal ömür uzunluğu 1990-cı illə müqayisədə 72,8 yaşa çatıb. Hesablamalara görə, 2050-ci ilə qədər Afrika qitəsi dünyadakı bütün gənclərin üçdə birinin (15-24) yaşadığı yer olacaq.

Dünya əhalisinin təxminən 60 faizinin payına isə qadınlar düşəcək.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin