Çanaqqala Boğazında gəmi qəzası

Hazırda oxunan: Çanaqqala Boğazında gəmi qəzası

83238

xa0Moderator.az-ın verdiyi xəbərə görə, Çanaqqala Boğazında bir sərnişin gəmisi ilə maye yanacaq tankeri toqquşub. Ölən ya da yaralanan olmadığı qəza sonrası tankerdə yanacaq sızıntısı başlayıb. Tanker etibarlı bölgəyə çəkilib.

Çanaqqala Boğazında bir sərnişin gəmisi ilə maye yanacaq tankeri toqquşub. Qəzada ölən ya da yaralanan olmayıb. Alınan məlumata görə, Yunanıstandan İstanbula gedən 162 metr boyundakı Malta Bayraqlı "Louis Cristal" adlı sərnişin gəmisi ilə Rusiyanın Tuapse Limanında Maltaya səfər edən 182 metr boyundakı Marshall Adaları bayraqlı "STİ Pimlico" adlı tanker, Çanaqqala boğazının Gelibolu Feneraltı mövqesi önlərində toqquşub.

Qəzaya uğrayan gəmi və maye yanacaq tankeri, römorkörlər vasitəsilə çəkilərək fərqli nöqtələrə aparılıb.

Qəzanın ardından Boğaz, cüt istiqamətli olaraq tranzit gəmi keçidlərinə bağlanılıb.

"Nafta" (partlayıcı xüsusiyyətə sahib distillə edilmiş neft məhsulu) yüklü tanker, yanacaq sızıntısı təsbit edilməsi üzərinə, Şevketiye Demir bölgəsindəki etibarlı sahəyə istiqamətləndirilib.

Yaşanan sızıntının ola biləcək yanğın və partlamalara səbəb olmaması üçün bölgədəki römorkörlər tərəfindən tankerə su sıxılmağa davam edilir.

Qəzanın yaşandığı bölgədə təhlükəsizlik məqsədiylə, Sahil Təhlükəsizlik Ümumi Müdirliyinə aid "Recovery-2", "Recovery-5" və "Recovery-9" römorkörləri ilə KEGM-2, KEGM-9 sürətli təxriyyə botları saxlanılır.

Ölən ya da yaralanan olmadığı qəza səbəbiylə bölgəyə təhlükəsizlik məqsədiylə Sahil Təhlükəsizlik Ümumi Müdirliyinə aid römorkörlər göndərilib.

Gəmilərdə batma təhlükəsinin olmadığı, "STİ Pimlico" adlı tankerdə, qəza zamanı ballast tankının partlaması səbəbiylə 15 dərəcəlik bucaqla yan yatma meydana gəldiyi öyrənilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin