Türkiyənin Van vilayətinin Tuşba rayonunda Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 12:37-də meydana gələn yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub.
Van valiliyindən yayılan açıqlamaya görə, hələlik dağıntı və tələfat aşkar olunmayıb.
Araşdırmalar davam edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:30 / 10.07.2022
Türkiyənin Van vilayətində zəlzələ oldu
Hazırda oxunan: Türkiyənin Van vilayətində zəlzələ oldu
Hazırda oxunan: Türkiyənin Van vilayətində zəlzələ oldu
83180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.